
44 günlük Vətən müharibəsi hər günü mühüm hadisələrlə zəngin olan tarixi mərhələdir. Müharibənin başlanmasından etibarən Azərbaycan Ordusunun müxtəlif istiqamətlərdə əldə etdiyi uğurlar işğal altında olan ərazilərin azad edilməsinə imkan yaratdı. Döyüşlərin gedişində hərbi qulluqçularımız böyük fədakarlıq nümayiş etdirdilər.
Prezident İlham Əliyev müharibə dövründə və sonrakı çıxışlarında bu qəhrəmanlığı yüksək qiymətləndirib. Dövlət başçısının sözlərinə görə, Azərbaycan Ordusu 44 gün ərzində ardıcıl şəkildə irəlilədi və noyabrın 8-də Şuşanın azad edilməsinə nail oldu.
Bu yürüşün hər mərhələsi şəhidlərimizin qanı ilə yazıldı. Ona görə də 27 Sentyabr Anım Günü 44 günlük müharibənin başlanğıcını xatırlamaqla yanaşı, bütün döyüş yolunu və həmin yolda həyatını itirən qəhrəmanları da yada salır.
Bu gün Azərbaycan xalqı həmin qəhrəmanlıq salnaməsinə yalnız keçmişin səhifəsi kimi baxmır. Vətən müharibəsi dövlətçilik tarixinin, milli yaddaşın və hərbi iradənin mühüm hissəsinə çevrilib. Şəhidlərimizin adı isə bu salnamənin ən müqəddəs səhifələrində yaşayır.
Aytac Şahverənli,
YAP Nizami rayon təşkilatının fəalı



