AnalitikaGündəmSiyasət

Mədən sənayesində yeni istehsal zənciri ixrac imkanlarını genişləndirə bilər

Azərbaycanın mineral ehtiyatlarının iqtisadi dövriyyəyə cəlb edilməsi ölkənin ixrac strukturunda yeni məhsulların yaranmasına imkan verə bilər. Bunun üçün yalnız filiz hasilatının artırılması deyil, həmin xammalın emal olunaraq daha yüksək əlavə dəyərli məhsullara çevrilməsi əsas şərtlərdən biridir.

Filizin zənginləşdirilməsi, pellet və briket istehsalı, daha sonra metallurgiya mərhələsinə keçid məhsulun dəyərini artıra bilər. Bu proses Azərbaycanın xarici bazarlara yalnız xammal deyil, daha yüksək emal səviyyəsinə malik sənaye məhsulları çıxarmasına şərait yarada bilər.

İxrac potensialının genişlənməsi yeni sənaye müəssisələrinin istehsal gücü ilə yanaşı, logistika imkanlarından da asılıdır. Hazır məhsulun limanlara, dəmir yollarına və digər nəqliyyat qovşaqlarına səmərəli şəkildə çatdırılması məhsulun beynəlxalq bazarlarda rəqabət qabiliyyətinə təsir göstərir. Buna görə Dövlət Proqramında istehsal və nəqliyyat məsələlərinin kompleks şəkildə nəzərdən keçirilməsi əhəmiyyətlidir.

Yeni ixrac məhsullarının yaranması ölkənin xarici ticarət strukturunun şaxələndirilməsinə də kömək edə bilər. Mədən və metallurgiya sənayesində yaradılacaq yeni istehsal imkanları uzunmüddətli perspektivdə Azərbaycanın qeyri-neft ixracının genişləndirilməsi üçün əlavə baza formalaşdıra bilər.

Fidan Əliyeva,
YAP Nizami rayon təşkilatının fəal üzvü

Oxşar Xəbərlər

Back to top button