AnalitikaDünyaGündəmSiyasət

Bratislavadan Şuşaya Uzanıb Gələn Praqmatik Tərəfdaşlıq

Əvvəllər Bratislavada atılan rəsmi addımlar, bu gün Şuşada öz praktik və əzəmətli davamını tapır. Azərbaycan və Slovakiya arasında yüksəksəviyyəli əlaqələr göstərir ki, hər iki ölkə qlobal və regional çağırışlarda eyni strateji baxışları bölüşür.

Prezident İlham Əliyevin “Biz konkret işlərin tərəfdarıyıq” ifadəsi bu praqmatik tərəfdaşlığın hərəkətverici qüvvəsidir. Ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiyalar, oktyabrdan fəaliyyətə başlayacaq birbaşa uçuşlar və müdafiə sənayesi sahəsində atılan ortaq addımlar bu bəyanatın reallığa çevrilməsidir.

Slovakiya rəhbərliyinin ölkəmizə inamı sübut edir ki, Azərbaycan Avropa İttifaqı məkanında ən hörmətli və etibarlı tərəfdaşlardan biridir. Bratislavadan Şuşaya uzanan bu yol, hər iki xalq üçün inkişaf, sülh və firavanlıq vəd edir.

Zərifə Məmmədzadə,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button