AnalitikaDünyaGündəmSiyasət

Azərbaycan-Özbəkistan Strateji Tərəfdaşlığı: Qarabağın Bərpasında Qardaşlıq Dəstəyi

Özbəkistan-Azərbaycan əlaqələri bu gün özünün ən parlaq dövrünü yaşayır və bu münasibətlərin təməlində dərin dostluq və qardaşlıq prinsipləri dayanır. Prezident İlham Əliyev Şuşa Forumunda hörmətli Prezident Şavkat Mirziyoyevlə şəxsi dostluğunun bu əlaqələri ən yüksək səviyyəyə qaldırdığını xüsusilə vurğulamışdır. Azərbaycan üçün ən önəmli və qürurverici məqamlardan biri odur ki, Qarabağın bərpasında ölkəmizə ilk yardım əlini uzadan məhz Özbəkistan olmuşdur. Füzulidə Mirzə Uluqbəy adına inşa edilən möhtəşəm məktəb qardaşlıq missiyasının təcəssümüdür və bu məktəbin açılışını hər iki dövlət başçısı birlikdə qeyd etmişlər.

Bu qardaşlıq dəstəyi təkcə sosial obyektlərlə məhdudlaşmayıb, eyni zamanda sənaye sahələrini də əhatə edir. Xankəndi şəhərində birinci böyük sənaye müəssisəsi olan tikiş fabriki də Özbəkistan sərmayəsi hesabına açılmışdır. İki ölkə arasında 500 milyon dollar dəyərində birgə sərmayə fondu yaradılmışdır ki, bu da həm Özbəkistanda, həm də Azərbaycanda müxtəlif layihələrin icrasına imkan verir. Hazırda Azərbaycanın neft şirkəti SOCAR Özbəkistanda önəmli bir kəşfiyyat yatağına investisiya qoyur və “Üstyurt” yatağındakı işlərin yaxşı nəticə verəcəyinə böyük ümidlər bəslənilir.

Özbəkistan-Azərbaycan əməkdaşlığı təkcə ikitərəfli deyil, həm də Mərkəzi Asiya formatında regional səviyyəyə yüksəlmişdir. Azərbaycan artıq Mərkəzi Asiya ölkələri ilə vahid bir Məşvərət Şurasında təmsil olunur. Coğrafi olaraq Cənubi Qafqazda yerləşsək də, mədəni, tarixi və etnik əlaqələrin güclülüyü dost dövlətlərin bizi öz ailələrində qəbul etməsinə yol açmışdır. Bu inteqrasiya geosiyasi və geoiqtisadi əlaqələrə, xüsusən də bağlantılar, nəqliyyat və logistika layihələrinin icrasına çox böyük müsbət təsir göstərəcəkdir. Prezident Şavkat Mirziyoyevin uzaqgörənliyi və strateji baxışları bu uğurların əldə edilməsində misilsiz xidmətə malikdir.

Zərifə Məmmədzadə,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button