
2026-cı il martın 11-də Bakıda keçirilən görüşzamanı İlham Əliyev və Antonio Costa (Avropa İttifaqıŞurasının Prezidenti) birgə mətbuat bəyanatı ilə çıxışedərək Azərbaycan ilə Avropa arasında enerjiəməkdaşlığının strateji əhəmiyyətini vurğuladılar. Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, hazırdaAvropa İttifaqının 10 üzv dövləti Azərbaycandan təbiiqaz alır. Bu bəyanat təkcə iqtisadi göstərici deyil, həmdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəartan rolunun göstəricisi kimi qiymətləndiriləbilər.Müasir beynəlxalq münasibətlər sistemində enerjiresursları dövlətlərin geosiyasi mövqeyinə ciddi təsirgöstərən əsas faktorlardan biridir. Xüsusilə son illərdəAvropada enerji təhlükəsizliyi məsələsi dahaaktuallaşıb. Enerji mənbələrinin şaxələndirilməsi vəalternativ təchizat marşrutlarının yaradılması Avropadövlətləri üçün strateji prioritetə çevrilmişdir. Bu kontekstdə Azərbaycan etibarlı və sabit enerji tərəfdaşıkimi ön plana çıxır.Azərbaycanın Avropa enerjibazarına inteqrasiyası ilk növbədə böyük beynəlxalqenerji layihələri vasitəsilə mümkün olmuşdur. Bu layihələrin ən mühümlərindən biri Cənub Qaz Dəhlizihesab olunur. Xəzər dənizində yerləşən qazyataqlarından hasil edilən təbii qaz bu dəhliz vasitəsiləAvropa bazarına çatdırılır. Layihə yalnız iqtisadiəhəmiyyət daşımır, həm də regionda enerjitəhlükəsizliyinin təmin edilməsində mühüm roloynayır. Azərbaycan qazının Avropaya çatdırılmasıAvropa ölkələrinin enerji asılılığını azaltmağa və enerjimənbələrinin diversifikasiyasına töhfə verir.Prezidentİlham Əliyevin qeyd etdiyi kimi, hazırda Azərbaycanqazı ümumilikdə 16 ölkəyə ixrac olunur və onların 10-u Avropa İttifaqının üzvüdür. Bu fakt Azərbaycanınbeynəlxalq enerji bazarındakı mövqeyininmöhkəmləndiyini göstərir. Eyni zamanda bu göstəriciAzərbaycan ilə Avropa İttifaqı arasında qarşılıqlıetimadın və uzunmüddətli əməkdaşlığın formalaşdığınısübut edir. Enerji sektorunda qurulan bu əməkdaşlıqsiyasi və iqtisadi əlaqələrin inkişafına da müsbət təsirgöstərir.Digər tərəfdən, Azərbaycan–Avropa enerjiəməkdaşlığı yalnız mövcud qaz tədarükü iləməhdudlaşmır. Tərəflər gələcəkdə enerjiinfrastrukturunun genişləndirilməsi, yeni qazyataqlarının işlənməsi və enerji tranzit imkanlarınınartırılması istiqamətində də əməkdaşlığı davametdirməyi planlaşdırırlar. Bu isə AzərbaycanınAvropanın enerji sistemində rolunun daha da güclənəcəyini göstərir. Nəticə etibarilə, Avropaİttifaqının 10 üzv dövlətinin Azərbaycandan qaz almasıölkənin beynəlxalq enerji siyasətinin uğurlunəticələrindən biri kimi qiymətləndirilə bilər. Azərbaycan etibarlı enerji tərəfdaşı kimi Avropanınenerji təhlükəsizliyinə mühüm töhfə verir və buəməkdaşlıq həm regional sabitlik, həm də iqtisadiinkişaf baxımından strateji əhəmiyyət daşıyır. Gələcəkperspektivdə isə enerji sahəsində tərəfdaşlığın daha da dərinləşəcəyi gözlənilir.
Sevinc Qəhrəmanova,
Yeni Azərbaycan Partiysı,məsləhətçi



