AnalitikaGündəmSiyasət

Yeni Azərbaycan Partiyasının Təsis Gününün Tarixi və Əhəmiyyəti

Yeni Azərbaycan Partiyasının təsis olunması Azərbaycan siyasi tarixində mühüm dönüş nöqtəsi kimi qiymətləndirilir. 1992-ci il noyabrın 21-də yaradılan YAP ölkənin o dövrdə yaşadığı çətinliklərə cavab olaraq meydana çıxmış və cəmiyyətin sabitlik, inkişaf və güclü dövlətçilik arzularını özündə birləşdirmişdir.

Partiyanın qurucusu və ulu öndər Heydər Əliyev YAP-ın əsasını qoyarkən Azərbaycanın gələcək inkişaf strategiyasını müəyyənləşdirmiş, dövlətin möhkəmlənməsi və xalqın rifahının yüksəldilməsi üçün yeni siyasi xətt formalaşdırmışdır. Onun rəhbərliyi ilə Azərbaycan qısa müddətdə siyasi və ictimai sabitliyə qovuşmuş, iqtisadi islahatlar uğurla həyata keçirilmiş, ölkənin beynəlxalq nüfuzu artmışdır.

Bu gün Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə öz fəaliyyətini daha da gücləndirərək, müasir dövrün tələblərinə uyğun islahatlar aparır və ölkənin inkişaf prosesində aparıcı siyasi qüvvə kimi çıxış edir. Partiya cəmiyyətin müxtəlif təbəqələrini birləşdirərək milli həmrəyliyi möhkəmləndirir, yeniləşmə və modernləşmə istiqamətində mühüm addımlar atır.

YAP-ın təsis olunmasının ildönümü yalnız siyasi hadisə deyil, həm də müasir və güclü Azərbaycanın formalaşması yolunda başlanğıc mərhələni simvolizə edir. Bu gün partiyanın fəaliyyəti ölkənin gələcək inkişafına, dövlətçiliyin daha da möhkəmlənməsinə və xalqın rifahının yüksəlməsinə xidmət edir.

İsgəndərova Eliza,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button