
Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verilməklə 2020-ci il 20 noyabr tarixi – Ağdamın azad olunduğu şanlı gün kimi tarixə həkk olub. Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir. Prezident İlham Əliyev bu münasibətlə demişdir ki, biz tarix yazırıq, yeni tarix. Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu, Zəfər tarixidir. Ağdam Şəhər Günü işğaldan azad olunmuş torpaqlarımızda həyata qayıdışın, dirçəlişin və yenidən quruculuğun rəmzidir. Bu gün Ağdamın keçmişindən gələcəyinə uzanan ümidi, tarixini, mədəniyyətini və sakinlərinin yenidən doğulan ruhunu bir araya gətirir. Bu gün şəhərin hər daşında yenidən başlanğıcın, yenidən qurulan evlərin, küçələrin və mədəniyyət ocaqlarının ruhu duyulur. Ağdam təkcə bir şəhər deyil, Azərbaycanın zəngin musiqi ənənələrinin beşiyi, xüsusilə də muğam mədəniyyətinin mərkəzlərindən biri kimi tanınır. Bu gün şəhər sürətlə inkişaf edən “ağıllı şəhər” modelinin tətbiq olunduğu strateji mərkəzə çevrilir. Qarabağın iqtisadi potensialında Ağdamın xüsusi yeri var və şəhərin bərpası bölgə üçün yeni fürsətlər açır.
Beləliiklə, Ağdam Şəhər Günü müasir Azərbaycan tarixinin ən önəmli simvolik günlərindən biridir. Hər il 20 noyabr tarixində qeyd olunan bu gün yalnız bir şəhərin azad olunmasını deyil, həm də Qarabağ bölgəsinin taleyində açılan yeni səhifəni – qayıdışı, quruculuğu və milli birliyi təcəssüm etdirir. Bu tarix xalqımız üçün qürur günüdür. Bu uğur Azərbaycan Prezidenti İlham Əliyevin böyük diplomatik bacarığının nəticəsidir.
Aynur Mehdiyeva,
YAP Nizami rayon təşkilatının məsləhətçisi



