AnalitikaGündəmSiyasət

Azərbaycanın dövlət idarəçiliyi modelində yeni mərhələ formalaşır

“Prezident İlham Əliyevin 12 noyabr 2025-ci ildə Naxçıvanda keçirdiyi qəbul zamanı səsləndirdiyi çıxış Azərbaycanın dövlət idarəçiliyi modelində yeni mərhələnin ideoloji bünövrəsini formalaşdırdı. Dövlət başçısının fikirləri həm mövcud reallıqlara siyasi qiymət, həm də gələcək fəaliyyət üçün strateji istiqamət idi. Prezidentin “Sizə böyük etimad göstərilir, əminəm ki, bu etimadı doğruldacaqsınız” fikri isə dövlət idarəçiliyində şəxsi məsuliyyət və xalqa xidmət prinsipinin təməlini təsdiqlədi. Və Prezident İlham Əliyev bir daha bəyan etdi ki, rəhbər vəzifə imtiyaz deyil, xalqa xidmət və etimadı doğrultmaq borcudur”.

Bunu açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.

Rəşadət Xalıqov bildirib ki, dövlət başçısının “Rəhbər vəzifədə çalışan hər bir şəxs təvazökar olmalıdır” çağırışı Azərbaycan məmur korpusunda mənəvi saflaşma prosesinin davamlı xarakter daşıdığını göstərir. Prezident İlham Əliyev açıq şəkildə bildirdi ki, korrupsiya, rüşvətxorluq və təkəbbür dövlət siyasətinə kölgə salan hallardır və belə davranışlara qarşı barışmaz mövqe nümayiş etdiriləcək. Prezident İlham Əliyevin vurğuladığı kimi, bölgələrdə aparılan infrastruktur islahatları artıq Azərbaycanın inkişaf xəritəsini tam dəyişib.
“Prezident İlham Əliyev məşğulluğun artırılması, sahibkarlığın dəstəklənməsi və bölgələrdə miqrasiyanın azaldılması istiqamətində də konkret vəzifələr müəyyənləşdirdi. Eyni zamanda, ekoloji tarazlığın qorunması, qanunsuz fəaliyyətlərin aradan qaldırılması və “yaşıl inkişaf”ın genişləndirilməsi ölkənin strateji məqsədləri kimi ön plana çəkildi”.

Onun sözlərinə görə, Azərbaycan dövləti artıq idarəçilikdə yeni bir mərhələyə qədəm qoyur. Preizdent İlham Əliyevin siyasi iradəsi ilə formalaşan bu yeni dövr təmiz idarəçilik və sosial ədalət üzərində qurulmuş güclü dövlət modelinin ifadəsidir.

Oxşar Xəbərlər

Back to top button