AnalitikaGündəmSiyasət

12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günü

12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günü

12 noyabr – Azərbaycan xalqı üçün böyük tarixi və mənəvi əhəmiyyət daşıyan bir gündür. Həmin gün müstəqil Azərbaycanın dövlətçilik tarixində yeni bir mərhələnin başlanğıcı oldu. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi.

Bu mühüm sənəd Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq, ölkəmizin siyasi, hüquqi və demokratik inkişafının əsasını qoydu. Konstitusiya Azərbaycanın dövlət quruluşunu, vətəndaşların hüquq və azadlıqlarını, eləcə də dövlət hakimiyyətinin təşkili prinsiplərini müəyyənləşdirdi.

Azərbaycan Respublikasının Konstitusiyası – xalqın iradəsini ifadə edən, müstəqilliyimizin hüquqi təminatını və dövlətçiliyimizin təməlini təşkil edən ali qanundur. Bu sənəd ölkəmizin demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişafına zəmin yaratdı, insan hüquq və azadlıqlarının qorunmasını əsas prinsip kimi təsbit etdi.

Bu gün Konstitusiyamız yalnız hüquqi sənəd deyil, həm də xalqımızın azadlıq iradəsinin, ədalətə və dövlətçiliyə sədaqətinin simvoludur. O, hər bir vətəndaşın hüquq və azadlıqlarını qoruyan, cəmiyyətin ədalət, bərabərlik və sülh prinsipləri üzərində formalaşmasını təmin edən mühüm dəyərdir.

Konstitusiya Günü bizə dövlətə, qanuna və ədalətə hörmət hissini aşılayır, gənc nəslə vətəndaş məsuliyyəti, milli şüur və dövlətçilik dəyərləri aşılayır.

Qoy Azərbaycan Respublikasının Konstitusiyası hər zaman xalqımızın birliyinin, müstəqilliyimizin və sabitliyimizin rəmzi kimi yaşasın!

 

Şahzadə Abdurəhmanova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button