AnalitikaGündəmSiyasət

Nizami rayonunda Dövlət Suverenliyi Günü münasibətilə konfrans keçirilib

Nizami Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 20 Sentyabr- Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü münasibətilə “Ərazi bütövlüyümüz və suverenliyimiz milli sərvətimizdir” mövzusunda konfrans keçirilib.
Konfrans iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin, eləcə də Vətənimizin azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Sonra Dövlət Suverenliyi Gününə həsr olunmuş video-film nümayiş olunub.
Konfransda Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Əli Əhmədov, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Milli Məclisin deputatı Könül Nurullayeva, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov və 2023-cü il antiterror əməliyyatının iştirakçısı, polkovnik-leytenant Azər Hümmətov konfransda çıxış ediblər.
Vurğulanıb ki, Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə 20 Sentyabr Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi Zəfər tariximizin qalibiyyət təntənəsinin təcəssümü, xalqımızın tarixi iradəsinin, azadlıq sevgisinin və milli dövlətçilik düşüncəsinin rəmzidir. Azərbaycan xalqı üçün suverenlik sadəcə siyasi status deyil, həm də milli qürur, kimlik və gələcək nəsillərə miras qoyulmuş müqəddəs dəyərdir. Bu dəyərin qorunması və inkişafı hər bir azərbaycanlının borcudur.

Oxşar Xəbərlər

Back to top button