Siyasət

  • “Bitcoin”in qiyməti iki ayın ən yüksək səviyyəsindədir

    “Bitcoin”in qiyməti son iki ayın ən yüksək səviyyəsinə çatıb.

    İcxeberinfo.az AZƏRTAC-a istinadən  xəbər verir ki, “Bitcoin”in qiyməti 2,4 faiz artaraq 96 min 348 dollara çatıb və noyabrın 16-dan bəri ən yüksək gündəlik artım nümayiş etdirib.

    Ekspertlərin fikrincə, “Bitcoin” həftələrlə dar diapazonda ticarət edildikdən sonra riskli aktivlər və qiymətli metalların qiymətindəki artım fonunda bahalaşır. Bu, investorların alternativ aktivlərə tələbi və dəstəkləyici geosiyasi vəziyyətlə əlaqədardır. Çünki “Bitcoin” yanvar ayı ərzində potensial bir “qırılma” siqnalı verib. Qiymətin 100 min dollar səviyyəsinə yüksələcəyi gözlənilir. “Bitcoin”in qiymətindəki bahalaşma kriptovalyuta aktivlərinə qarşı nikbinliyi artırır. Eyni zamanda, bu proseslər kriptovalyutalar üçün yarım milyard dollardan çox dəyərində eniş gözləntilərini də aradan qaldırılıb.

    Son 24 saat ərzində təxminən 290 milyon dollar dəyərində “Bitcoin” likvidasiya edilib. Bütün kriptovalyutalar üzrə isə təxminən 600 milyon dollar dəyərində likvidasiya olunub. Həmçinin ötən gün investorlar ABŞ birjalarında ticarət edilən 12 “Bitcoin” birja ticarət fonduna 754 milyon dollar yatırıblar. Bu, oktyabrın 7-dən bəri ən yüksək göstəricidir.

    Qeyd edək ki, “Bitcoin”in qiyməti 2025-ci il ərzində 6 faizdən çox ucuzlaşıb.

Qarabağ və Şərqi Zəngəzur

    Siyasət
    İyul 16, 2025

    Nizami rayon ictimaiyyəti “Zəfərin izi ilə” devizi ilə Qarabağa səfər edib

    Nizami rayon ictimaiyyəti “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ulu Öndər Heydər Əliyevin 14 iyul 1969-cu il tarixində Azərbaycana rəhbərliyə gəlməsi…
    Analitika
    İyun 3, 2025

    Laçının yenidən qurulması təkcə Azərbaycanın deyil, bütün türk-islam aləminin qürur mənbəyidir

    2025-ci il 28 May – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 107-ci ildönümü ölkənin tarixində yeni bir şanlı səhifə ilə yadda qaldı.…
    Analitika
    Fevral 25, 2025

    Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub

    1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərində azərbaycanlılara qarşı soyqırımı aktı törədilmişdir. Təkcə…
    Back to top button