Analitika

Liderlərin Naxçıvan görüşü

Bəlkə də hər kəs bu görüşün sıradan bir görüş olduğunu, həmişəki görüşlərdən biri kimi xarakterizə edə bilər. Amma bu görüşün məhz məlum “Anti-terror”əməliyyatından sonra baş tutması heç də təsadüfi deyildir.     Fərziyələr olunur ki, bu görüşün bir neçə səbəbləri olub: Azərbaycanın Qarabağda “Anti-terror”əməliyyatının keçirilməsində əsas dəstək göstərən tərəfin Türkiyə olmasını dünyaya göstərmək, Zəngəzur dəhlizinin açılması ilə bağlı  planı həyata keçirmək, “Dostluq-qardaşlıq” əlaqələrini daha da möhkəmləndirmək, Naxçıvanı İrandan asılığını azaltmaq üçün “İğdır-Naxçıvan”qaz kəmərinin açılışını etmək,bir sözlə enerji,nəqliyyata dair müqavilələri imzalamaq.

Naxçıvanda elektrik satansiyalarının tikilməsi ilə Naxçıvan elektrik enerjisi idxal edən bölgədən ixrac edən bölgəyə çevrilmişdir. İğdır-Naxçıvan magistral qaz kəmərinin çəkilməsi kimi iri iqtisadi layihənin həyata keçirilməsi regionun gələcək inkişafında mühüm rol oynayacaq. Hər iki ölkə liderlərinin iştirakı ilə Naxçıvan Bərpa-istehsalat hərbi kompleksinin istifadəyə verilməsi isə xüsusi əhəmiyyət daşıyır. Bu istiqamətdə qardaş ölkələr arasında hərbi əməkdaşlığın yüksələn xətlə inkişafı yeni işlərə imza atmağa imkan verəcək.

Bununla yanaşı, Zəngəzur dəhlizinin fəaliyyətə başlaması üçün artıq son hazırlıq işlərinin görülməsi, kommunikasiyaların açılması yönündə bəyanatların səslənməsi də Ermənistana ciddi mesaj oldu. Bütün bu səbəblərə nəzər yetirdikdə bir məqsəd görmək olur. Qardaşlıq prinsiplərini qoruyub saxlamaq.

Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Ulu öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir.Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Türkiyə ilə qardaşlıq və dostluq münasibətlərinin tarixi kökləri dərindir,belə ki,hələ Azərbaycanda Sovet Hakimiyyətinin qurulmasından sonra yenicə qurulmuş Türkiyə hökümətinin Sovet dövləti ilə münasibətlərin yaxınlaşmasında Azərbaycana rəhbərlik etmiş N.Nərimanovun 1921-ci il martın 23-də Mustafa Kamal Paşaya cavab məktubunda Türk ordusunun zəfərini təbrik etdikdən sonra ona səmimiyyətlə yazırdı: “Paşam, Türk millətində bir ənənə vardır, qardaş qardaşa borc verməz, qardaş qardaşın hər çətin durumunda əlindən tutar. Biz qardaş xalqıq, hər zaman və hər şərtlər altında bir-birimizin əlindən tutacağıq. Bu gün etdiklərimiz bir qardaşın qardaşına etdiklərindən başqa bir şey deyildir” .

Bəli bu möhkəm, sarsılmaz əlaqələrin bugun və gələcəkdə də davam etdirilməsi  üçün   hər sahədə birgə fəaliyyətimizi gücləndirməliyik.

Kazımova Vüsalə,
Bakı Qida Sənayesi kollecinin tarix müəlliməsi

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button