AnalitikaGündəm

Ölkəmiz iqtisadi inkişafı, siyasi qüdrəti, beynəlxalq mövqeyi, qlobal layihələrdə iştirakı ilə daha da güclənir

Dövlətimizin uğurlu enerji siyasəti Azərbaycanı regionda böyük enerji mərkəzinə çevirib. Zəngin enerji resuslarına malik olan Azərbaycan özünü dünyada  həmdə mavi yanacaq ölkəsi kimi təsdiqləməkdədir. Zəngin ehtiyatlara və müasir nəql şəbəkəsinə malik olan  daim ədalətli enerji siyasəti həyata keçirən Azərbaycan Avropanın artan ehtiyacını müəyyən həcmdə qarşılamağa hazır və qadir ölkədir.Azərbaycan enerji üzrə etibarlı tərəfdaş və ümum-Avropa qaz təchizatçısıdır. 20 il ərzində biz tarixdə ilk dəfə olaraq Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən kəmər təşəbbüsü ilə çıxış etdik və  onu istismara verdik. Türkiyənin Ceyhan limanından neftimizi müxtəlif təyinat nöqtələrinə, o cümlədən əhəmiyyətli dərəcədə asılı olan çox həssas nöqtələrə nəql edirik.Azərbaycanın artan nüfuzu, verdiyi sözə əməl etməsi, etibarlı tərəfdaş, regionda söz sahibi olması ilə birbaşa bağlıdır. İndi Avropa interkonnektor layihələri icra olunduqca Azərbaycan qazının daha çox Avropa ölkəsinə ixrac edilməsi üçün əlavə imkanlar olacaq”. Azərbaycanın qaz ixrac coğrafiyasının Avropada genişlənməsi Azərbaycanın gəlirlərinə müstəsna əhəmiyyəti var. Sloveniya-Azərbaycan qaz əməkdaşlığı istiqamətində mühüm hadisə baş verib. Azərbaycan bir neçə aya Sloveniya bazarına da daxil ola biləcək. Çünki ölkə iqtisadiyyatının əsas gəlirləri hələ ki, məhz neft sektorunun üzərində cəmləşib.

Ümumilikdə isə Azərbaycanın ərazisindən keçən nəqliyyat dəhlizlərinin hesabına qlobal dəyər zəncirlərində ölkənin mövqeləri gücləndirilə bilər. Azərbaycan üçün belə yeni beynəlxalq imkanların açılması yüksək və dayanıqlı iqtisadi artım potensialı yaradır. Strateji Yol Xəritəsi bu imkanlardan faydalanmaq üçün hazırlanmışdır.

Mükəmməl xarici siyasət kursu birbaşa dövlətimizin inkişafına, ərazi bütövlüyümüzün təminatına, suverenliyimizin güclənməsinə, geopolitik mövqeyimizin yüksəlməsinə xidmət edir. Ölkəmiz iqtisadi inkişafı, siyasi qüdrəti, beynəlxalq mövqeyi, qlobal layihələrdə iştirakı ilə daha da güclənir.

Əliyev Ramin,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button