Analitika

Azərbaycanın Tacikistan münasibətləri

Azərbaycanın çoxşaxəli uğurlu xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə münasibətlər xüsusi yer tutur və bu ölkələrdən Tacikistanla əlaqələrimiz mühüm əhəmiyyətə malikdir. Mərkəzi Asiya regionu ilə münasibətlərin möhkəmləndirilməsi hazırkı geosiyasi şəraitdə mühüm perspektivlər vəd edir.

Tacikistan Prezidenti Emoməli Rəhmonun  mayın 23-də  Azərbaycana dövlət səfəri bu gün də ölkə mətbuatında geniş müzakirə edilməkdədir. Cənab İlham Əliyevin qeyd etdiyi ki, ölkələrimizin nümayəndə heyətlərinin tərkibi də geniş gündəmdən xəbər verir. Amma, əlbəttə, əsas olan münasibətlərimizdəki səmimiyyət, Tacikistanla Azərbaycan arasındakı münasibətlərin dostluq, qardaşlıq xarakteri, təbii ki, dövlət başçılarının şəxsi təmaslarıdır. Təkcə onu demək kifayətdir ki, Prezident İlham Əliyev indiyədək Tacikistana altı dəfə səfər edib və axırıncı səfər 2023-cü ilin aprelində reallaşıb. Tacikistan Prezidenti Emoməli Rəhmon isə ötən il noyabrın 24-də BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşündə iştirak etmək üçün ölkəmizdə səfərdə olub. Bütün bunlar ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olmasının göstəricisidir.

Qeyd etmək lazımdır ki, Tacikistan Prezidenti Emoməli Rəhmonun ölkəmizə səfəri çərçivəsində əməkdaşlığın vacib sahələrini əhatə edən bir çox sənədlər imzalandı. İki ölkə arasında imzalanan sənədlər onu deməyə əsas verir ki, Azərbaycan və Tacikistan arasında ikitərəfli münasibətlər yüksələn xətlə inkişaf edir.

Azərbaycanın Tacikistan, eləcə də digər türk dövlətləri ilə gündən-günə daha da möhkəmlənən əməkdaşlığı həm ölkələrimizin və xalqlarımızın, həm də bütün Türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verməkdədir.

Xumar Zöhrabova,
YAP Şuşa rayon təşkilatının fəal üzvü  

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button